ABŞ Dövlət Departamentinin Venesuela üzrə özəl təmsilçisi Eliot Abrams Türkiyəni Maduro rejiminə dəstək verdiyinə görə xəbərdar edib.
Teleqraf.com xəbər verir ki, özəl təmsilçi Dövlət Departamentində keçirilən brifinqdə bu barədə sualı cavablandırarkən deyib:
"Türkiyənin Maduro rejiminə verdiyi dəstək ABŞ siyasətinə ziddir və bu siyasətə yardımçı deyil. Türkiyənin bu dəstəyi vermə cəhdlərinə ABŞ Maliyyə Nazirliyində sanksiyalar kontekstində baxılacaq".
ABŞ rəsmilərindən biri ötən ay bir açıqlamasında Türkiyə-Venesuela ticarət əlaqələrinin araşdırıldığı və ABŞ-ın bu ölkəyə sanksiyalarını pozan hallar ortaya çıxarsa, hərəkətə keçiləcəyi mesajını vermişdi.