Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin əsgəri qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, 2000-ci il təvəllüdlü əsgər-paraşütçü Hamlet Avaqyan xidməti yerində ölürülüb.
Hərbi qulluqçunun qeyri-döyüş şəraitində öldürüldüyü bildirilib.
Qeyd edək ki, martın 12-də isə Ermənistan ordusunun Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşməsinin əsgəri Karen Karapetyan da qətlə yetirilmişdi.