Fırtına gəmidə keçirilən toyu bərbad günə qoyub.
Teleqraf.com xəbər verir ki, şiddətli küləyin qaldırdığı dalğalar gəmidə toy edən cütlük daxil olmaqla hamıya çətin anlar yaşadıb.
Gəmiyə su dolub, qonaqlar hara qaçacağını bilməyiblər. Külək gəminin pəncərələrini qırıb, ofisiantlar müdaxilə etməyə çalışsalar da, bunun nəticəsi olmayıb. Qonaqlar həyəcanlı formada qışqıra-qışqıra gəminin içində qaçıblar.
Cütlüyün ən gözəl anlarını təşkil edən toy mərasimi pis hava şəraiti səbəbindən dayandırılıb.