Qazaxıstan “Boeing 737 MAX8” markalı təyyarələrin uçuşlarını müvəqqəti qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Sənaye və İqtisadiyyat Nazirliyinin mülki aviasiya komitəsindən bildiriblər.
Komitənin yaydığı müraciətdə bildirilir ki, bu gündən “Boeing 737 MAX8” markalı təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılır.
Qeyd edək ki, Efiopiya Hava Yollarına aid “Boeing 737 MAX8” markalı təyyarənin bazar günü qəzaya düşməsindən sonra İngiltərə, Almaniya, Avstriya, Fransa və Hollandiya başda olmaqla bir çox ölkələr bu nəsil təyyarələrin uçuşlarını dayandırıb.