13 Mart 2019 15:40
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp administrasiyası İranın neft ixracatını mümkün olan ən qısa müddətdə sıfıra endirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ-ın təzyiqləri sayəsində İranın xarici neft ticarətində təsiri əhəmiyyətli şəkildə azaldılıb və ixracatı uğursuz olub.

Bununla belə, dövlət katibi deyib ki, İran enerji sektorunda başda İraq olmaqla bəzi Yaxın Şərq ölkələrində təsirini artırıb: “ABŞ müstəqil və suveren İraqı inkişaf etdirməyə çalışır. Son vaxtlar İranın xam neftinin axını azalıb. Biz İran liderlərini öz vətəndaşlarını qorumaq, vətəndaşlarına istədiklərini vermək , terror riskini və yaxın Şərqdəki destablizasiyanı azaltmağa inandırmaq üçün çox çalışdıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər