13 Mart 2019 17:06
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya aprelin 1-də qayıdacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat verib.

O, Prezident Petro Poroşenkonun prezident seçkilərində qalib gəlməyəcəyini, ikinci tura keçə bilməyəcəyini və bununla da Ukraynaya qayıdışına mane ola bilməyəcəyini deyib:

“Aprelin 1-də “Borispol”a (Kiyev hava limanı) enəcəyəm. Biletimi almışam, çünki Poroşenko ikinci tura keçə bilməyəcək. Bundan əminəm”.


Müəllif: Mənsur Rəğbətoğlu