Nigeriyanın Laqos əyalətində çökən məktəb binasından 41 nəfər xilas edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Laqos əyalətinin fövqəladə hallar idarəsi məlumat yayıb.
Xilas edilən 2 müəllim, 5 yuxarı sinif və 36 aşağı sinif şagirdinin səhhətinin normal olduğu bildirilib.
Qeyd edək ki, dünən səhər saatlarında çökən məktəb binası 10 müəllimin canını alıb.