ABŞ ordusu 2019-cu ildə iki raket sınağı keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən ölkə rəsmisi “Associated Press” agentliyinə deyib.
Məlumata görə, ABŞ-ın sınaqdan keçirəcəyi ballistik raketlərdən biri min kilometr məsafədən hədəfi vurmalıdır.
Digər raketin hərəkət istiqaməti 3-4 min kilometr arasında olacaq.
Sözügedən raketin nüvə başlığı daşımaq imkanı olacaq. Raketlərdən birinin avqust ayında sınaqdan keçiriləcəyi və yaxın 18 ay ərzində ordunun arsenalına veriləcəyi qeyd olunur.
Raketlər haqqında Şərqi Asiya və Avropadakı müttəfiqlərinə məlumat verməyən ABŞ-ın bu silahları Sakit okean və Quam adalarına yerləşdirəcəyi bildirilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanan Orta Mənzilli Nüvə Sazişindən çıxdıqdan sonra ballistik raketlərin hazırlanması qanunsuz hesab olunmur.