14 Mart 2019 10:24
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyonlarla tərəfdarı olan Güney Azərbaycanın “Traktor” futbol klubu növbəti dəfə İran mediasında təhqir edilib.

Teleqraf.com xəbər verir ki, İranda nəşr olunan “Həmşəhri” qəzeti klub haqda məqalə dərc edərək, komanda tərəfdarlarını aşağılayıb və komandanı ölkə üçün narahatlıq yaratmaqda ittiham edib.

“Nə üçün “Traktor”u sevmirik?” başlıqlı məqalə müəllif (Rəsul Behrəveş) klub azarkeşlərini “axmaq” və “fürsətçi” adlandırıb.

Jurnalist komanda tərəfdarlarının məşhur “Azərbaycan var olsun” şüarını sərt şəkildə pisləyib.


Müəllif: Mənsur Rəğbətoğlu