Malayziyada korrupsiya ittihamı ilə axtarışda olan biznesmen Lov Taek ABŞ Prezidenti Donald Trampı 2020-ci il prezident seçkilərində dəstəkləmək məqsədilə ianə fonduna 100 min dollar ödədiyi ortaya çıxıb.
Teleqraf.com-un məlumatına görə, “Vall Streeet Jurnal” qəzetində gedən yazıda qeyd olunur ki, “Tramp Viktori” adlı ianə fondu 2017-ci ilin dekabrında Lov Teaka yaxın şirkətin sahibi Larry Davistendən 100 min dollar ianə alıb.
LNS Kapital şirkətini idarə edən Davisten biznesmen Lov Taekdən 1,5 milyon dollar əldə edib.
Hazırda ABŞ Ədliyyə Nazirliyi “Tramp Viktori” ianə fonduna edilən 100 min dollarlıq ianənin biznesmen Lovdan LNS Kapital şirkətinə göndərdiyi maliyyənin bir hissəsi olub-olmadığını yoxlayır.
“Tramp Viktori” fondu isə bəyan edib ki, xarici vətəndaşlardan hər hansı bir yardım qəbul etmir.