14 Mart 2019 13:27
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya geri qayıtmaq qərarını pisləyən Ali Radanın vitse-spikeri İrina Geraşçenkoya cavab verib.

Teleqraf.com xəbər verir ki, Saakaşvili vitse-spikerə cavabında Ukrayna vətəndaşı olduğunu və öz evinə geri qayıtmaq istədiyini xatırladıb.

O, eyni zamanda Ukrayna hakimiyyətindən fərqli olaraq, bu ölkənin qanunvericiliyinə hörmət etdiyini bildirib: “Oğurlamaqdan əl çəkmədiyinizi bilirəm. Ukraynanı Avropanın ən yoxsul ölkəsinə çevirdiniz. İnsanları öz nağıllarınızla aldadırsınız. Sizcə, çamadanlarınızı hazırlamağın zamanı gəlməyibmi?”

Saakaşvili Ukraynanın indiki hakimiyyətinin yaxın vaxtda sonunun çatacağını deyib.

Qeyd edək ki, Mixail Saakaşvili aprelin 1-də Ukraynaya qayıdacağını açıqlayıb.

Keçmiş prezidentin qərarına münasibət bildirən İrina Geraşçenko isə onu “drijor çubuğu” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər