1 Sentyabr 2014 20:54
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uelsdə keçiriləcək NATO sammitində kollektiv təhlükəsizliyi möhkəmləndirmək üçün “hazır yol xəritəsi” qəbul olunacaq.

Teleqraf.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen keçirdiyi konfransda bildirib. O deyib ki, bu plan Rusiyanın hərəkətlərinə cavab olacaq: “Yol xəritəsi NATO-nun çevik qüvvələrini də əsaslı şəkildə möhkəmləndirməyə imkan yaradacaq ".

Bu plana əsasən, Ukrayna ərazisində NATO-nun üzvü olan dövlətlərin daimi bazası yaradılacaq.

Xatırladaq ki, Ukraynaya qarşı Rusiyanın təcavüzü fonunda Şimali Atlantika Alyansının kollektiv təhlükəsizliyinin gücləndirilməsinə dair məsələləri müzakirə etmək üçün sentyabrın 4-5-də Uelsdə NATO sammiti keçiriləcək. Ukrayna prezidenti Pyotr Poroşenkonun da sammitdə iştirak edəcəyi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər