15 Mart 2019 00:42
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.

100 senatordan 59-u qətnamənin lehinə səs verib.

Sənədi daha əvvəl demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası qəbul etmişdi. Qətnamə Trampa Meksika ilə sərhəddə divarın tikintisi üçün digər fondlardan vəsait götürməyi qadağan edir.

İndi sənədi Tramp imzalamalıdır. Lakin prezident ona veto qoyacağına söz verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər