15 Mart 2019 10:05
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qırıcıları Qəzza sektorunun fərqli nöqtələrinə aviasiya hücumu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, hadisənin şahidləri dünən Qəzzadan Tel-Əvivə atılan iki raketin ardınca İsrail qırıcılarının Qəzzanın müxtəlif nöqtələrinə zərbə endirdiyini bildirir.

Bombalanan nöqtələr arasında Həmasın hərbi qanadı İzəddin el-Kassan bölüyünün yerləşdiyi ərazi və Fələstin Daxili İşlər Nazirliyinin su polisinə aid nöqtələr də var.

Fələstin Səhiyyə Nazirliyi itkilər haqqında açıqlama verməyib.

İsrail ordusunun sözçüsü Adraee isə Tvitterdə bəyan edib ki, İsrail ordusu Qəzzadakı terroristlərin hədəflərini vurur.

Qeyd edək ki, dünən Fələstindən İsrailə iki raket atılıb. İsrail mediası bu raketlərdən birinin Dəmir Günbəz sistemi tərəfindən havada məhv edildiyini, digərinin isə Tel-Əviv yaxınlığında boş əraziyə düşdüyünü yazır.


Müəllif: Cavad

Oxşar xəbərlər