Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) genişləndirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu KTMT baş katibinin köməkçisi, general Mixail Popov deyib.
Popov KTMT-nin MDB-yə üzv dövlətlər və Orta Asiya ölkələri ilə hərbi-siyasi işbirliyini genişləndirmək niyyətlərindən də danışıb:
“Orta Asiya və MDB bölgələri ilə bütövləşməyə çalışırıq. Rusiya qarşılıqlı hörmət əsasında hər bir ölkə ilə dialoq və işbirliyinə hazırdır.
Belarusa, Abxaziya və Cənubi Osetiyada, habelə MDB-dəki müttəfiqlərimizə üstünlük verməyə çalışırıq”.