16 Mart 2019 11:09
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldakı Aya Sofiya məbədinə məscid statusu veriləcəyi halda Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin hollandiyalı hesabatçısı, deputat Kati Piri deyib.

Parlamentari Türkiyənin Aİ-yə üzvlüyü üçün şərtləri xatırladıb:

“Türk hökuməti məni sevməyə bilər, amma məndən sonra gələcək hesabatçı ilə daha çətin olacaq. İndiki şərtlər altında Türkiyənin Avropa İttifaqına üzvlüyü mümkün deyil. Bunun üçün bizə dəyişən Türkiyə lazımdır”.

Qeyd edək ki, Kati Peri Türkiyədə fəaliyyət göstərən kürd terror və siyasi təşkilatlarına yaxınlığı ilə tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər