ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Baltikyanı bölgə və Rusiya sərhədlərinə yaxınlaşıb.
Teleqraf.com xəbər verir ki, “Boeing B-52H Stratofortress” nüvə silahı daşımaq qabiliyyətinə malikdir.
Qırıcı Polşa üzərindən Kalininqrad bölgəsinə yaxınlaşaraq, Rusiya Donanmasının Baltik Donanmasına məxsus baza yaxınlığında manevr edib.
Bombardmançı qırıcının təxminən 8 min metr yüksəklikdən uçduğu bildirilib.
Habelə ABŞ Silahlı Qüvvələrinə məxsus “Northrop Grumman RQ-4B-40 Global” kəşfiyyatçı Pilotsuz Uçan Aparatı (PUA) Rusiyanın Qara dəniz sahilləri yaxınlığında müşahidə missiyasını həyata keçirib.
Rusiya Müdafiə Nazirliyi bu barədə yayılmış məlumatları təsdiq edib.
Məlumatda qeyd edilib ki, bombardmançı qırıcı Rusiya sərhədlərinin 150 kilometrliyinədək yaxınlaşıb. Lakin “Boeing B-52H” Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən təqibə başlayan kimi geri qayıdıb.