16 Mart 2019 20:00
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı dizayner Şervin Nəcəfpur yeni moda kolleksiyasını Təbriz və Qarabağ şüarları ilə təqdim edib.

Teleqraf.com xəbər verir ki, əslən Urmiyadan olan Norveç vətəndaşı Şervin Nəcəfpurun kolleksiyası “Xocalıya ədalət”, “Mən Qarabağa qayıtmaq istəyirəm” sözləri, eləcə də Təbriz adı ilə Türkiyənin Antalya şəhərində nümayiş etdirilib.

Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.

Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb bloggerləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edilir ki, dizayner Ş.Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir. Soydaşımız Avropada Güney və Quzey Azərbaycanla bağlı keçirilən tədbirlərdə aktiv iştirak edir.

Ş.Nəcəfpur Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatın rəhbəridir. O, ötən ilin noyabrənda yaradılan Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis konfransında şuranın əlaqələndiricisi seçilib.


Müəllif: Səxavət