16 Mart 2019 17:00
4 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dini liderinin Əlburz vilayətinin Kənd Təsərrüfatı İdarəsindəki nümayəndəsi Əli Ərcümənd Eynəddin şam ağacını “xristianlıq əlaməti” adlandırıb.

Teleqraf.com xəbər verir ki, ayətullah bu ağacın ətrafa mənfi enerji yaydığını iddia edib.

Onun sözlərinə görə, İslam dininə uyğun olan ağac zeytundur:

“Zeytun ağacı Quranın da dediyi kimi nə Şərqə, nə də Qərbə məxsusdur. Bu ağac İran xalqının inqilabdan əvvəl və sonra yaşatdığı islami devizlərlə tam uyğunluq təşkil edir”

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Əli Fədəvi də İran ərazisində “islama zidd olan” şam ağaclarının əkilməsini tənqid edib və bu ənənənin dayandırılmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər