Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” futbol klubuna yeni stadion tikiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun sahibi Məhəmmədrza Zenuzi məlumat verib.
O, yeni stadionun tikintisi üçün Təbriz Bələdiyyə İdarəsi ilə razılaşdıqlarını və ərazinin müəyyən edildiyini bildirib.
Məhəmmədrza Zenuzi Güney Azərbaycanın tanınmış iş adamlarından biridir. O hazırda “Traktor” klubundan əlavə, Təbrizin “Maşınsazi” klubunun da sahibidir.