16 Mart 2019 16:11
2 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyadakı məscidə müsəlmanları öldürməyə gələn terrorçuya “Xoş gəldin, qardaş” deyərək, onu məscidin qapısında qarşılayan 71 yaşlı əfqan Daud Nəbi qətliamın ilk qurbanı olub.

Teleqraf.com xəbər verir ki, gələnin xoş niyyətli olmadığını görən yaşlı kişi yanındakı insanı xilas etmək üçün özünü qabağa verib.

Lakin terrorçu onların hər ikisini qətlə yetirib.

Mühəndis olan Daud Nəbi 1980-ci illərdə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra ailəsini də götürərək Yeni Zelandiyaya gəlib. O, burada bir məscid quraraq, əfqan icmasına rəhbərlik etməyə başlayıb.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kristçerç şəhərində yerləşən məscidə terror hücumu nəticəsində 49 müsəlman qətlə yetirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər