"Türkiyədə Kürdüstan deyilən bir bölgəmi var? Bizim 7 bölgəmiz var. Güneydoğu Anadolu bölgəmiz, Doğu Anadolu bölgəmiz, Karadənizimiz, Akdənizimiz, Orta Anadolu bölgəmiz, Egemiz, Mərmərəmiz. Bundan kənarda bir bölgəmiz yoxdur.Kürdüstan var. Harada var? İraqın şimalında var. Çox sevirsənsə, rədd ol, Şimali İraqa get, orada yaşa".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HDP həmsədri Sezai Təməllinin "Kürdüstanda səslər HDP-yə veriləcək" bəyanatına cavab olaraq bildirib.
"Sənə kimsə zorla "burada qal" demir. Amma ölkəmizi parçalaya bilməzsiniz. Buna fürsət vermədik və verməyəcəyik", - Ərdoğan vurğulayıb.