17 Mart 2019 15:59
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Olimpiya Komitəsinin prezidenti Tsunekazu Takeda Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində vəzifəsini tərk edəcəyi barədə öz yaxın ətrafını məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xatırladaq ki, T.Takeda 2020-ci il Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı rüşvət məsələsində onun adı hallandığı andan çətin vəziyyətə düşüb. Ötən ilin dekabrından başlayaraq, Fransa müstəntiqləri T.Takedanın məhkəməyə cəlb edilməsinin mümkünlüyünü araşdırırlar.

T.Takeda bu məsələdə günahının olmadığını dəfələrlə bəyan edib. Lakin buna baxmayaraq, Beynəlxlaq Olimpiya Komitəsinin bu qalmaqlın qarşıda gözlənilən Oyunlara kölgə salacağı barədə narahatlığını ifadə etməsi, ona qarşı həm ölkə daxilində, həm də xaricdə təzyiqləri xeyli artırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər