17 Mart 2019 17:17
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Qaşqadərya vilayətinin ucqar Kerayet dağ kəndində 91 yaşlı Racab Raxmatova ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb.

Teleqraf.com xəbər verir ki, əhalinin problemlərini yerlərdə öyrənən mərkəzin əməkdaşları bu kənddə olarkən Racab Raxmatovanın şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını müəyyən ediblər. Bununla belə qadın anasının dediyinə əsaslanaraq 1928-ci ildə doğulduğunu xatırlayır. Mərkəzin əməkdaşları bu rəqəmi əsas götürərək Racab Raxmatovaya doğum haqqında şəhadətnamə və bunun əsasında isə pasport verib.

Bu münasibətlə Racab Raxmatovanın oğlanları, qızları, nəvə-nəticələri bayram təşkil ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər