ABŞ və Rusiya Venesuela böhranını bu gün müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə ABŞ Dövlət Departamentinin Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İtaliyada bir araya gələcək.
Hər iki ölkənin nümayəndəsi bu gün və sabah Romada Venesuela böhranını birgə müzakirə edəcəklər.
Dövlət Departamentinin xüsusi nümayəndəsi Elliot Abrams Romada İtaliyanın baş nazirinin diplomatiya üzrə nümayəndəsi Pietro Benassi daxil olmaqla bu ölkənin rəsmiləri ilə də müzakirə aparacaq.