18 Mart 2019 14:13
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun “sarı jiletlilər”in son aksiyaları zamanı baş verən dağıntılardan sonra Yelisey meydanındakı mitinqləri qadağan edəcəyi bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Yelisey sarayındakı rəsmi mənbəyə istinadla məlumat yayıb.

Paytaxt Parisin tanınmış meydanlarından biri olan Yeliseydə aylardır davam edən etiraz aksiyalarının mərkəzlərindən birinə çevrilib. Ötən həftə isə meydanda atəş açılıb, bəzi mağazalar dağdılıb.

Makronun bu səbəbdən həmin meydanda aksiyaları yasaqlamağı planlaşdırdığı bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər