18 Mart 2019 16:54
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir neçəsi də yaralanıb.

Hadisə yerinə hərbi polis və üç təcili yardım helikopteri cəlb olunub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Yerli KİV-in yazdığına görə, hadisəni törədən şəxs qaçıb.

Polis hadisədə “terror motivləri”nin olduğunu istisna etməyib. Məktəblər, məscidlər, nəqliyyat qovşaqlarında təhlükəsizlik tədbirləri artırılıb.

Hadisə ilə bağlı iki nəfərin axtarıldığı bildirilir.

Hökumət insidentdən sonra Utrextdə terror ehtimalının xeyli artdığını bildirib.

Baş nazir Mark Rutte yaranmış böhran vəziyyətinə hazır olmağa çağırıb./Report/


Müəllif: Teleqraf.com