Ukraynada ata və oğul evdə qonaq etdikləri şəxsin keçmiş polis əməkdaşı olduğunu bildikdən sonra onunbaşını kəsib, daha sonra ətindən şorba hazırlayaraq yeyiblər.
Teleqraf.com xəbər verir ki, bu dəhşətli hadisə martın əvvəllərində Ukraynanın Xarkov şəhərində qeydə alınıb.
41 yaşlı Maksim Kostyukov 20 yaşlı oğlu ilə birlikdə qonağı öldürüb. Daha sonra onun bədənində şorba hazırlayaraq yeyiblər. Onların qonağı Petrov adlı şəxs olub. Əvvəlcə hamı spirtli içki qəbul edib, daha sonra qətl hadisəsi baş verib.
Ata və oğul cəsədin qalıqlarınıevlərinin yaxınlığındakı boş əraziyə atıb.
Polisin apardığı araşdırmalardan sonra Kostyukovun evi nəzarətə götürülüb və onlar həbs ediliblər. Evdən Petrovun cəsədinin bir parçası tapılıb. Qatillər cəsədin kimə məxsus olduğunun bilinməməsi üçün onu parçalara ayırdıqlarını etiraf ediblər.