19 Mart 2019 01:35
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “sarı jiletlər” etiraz aksiyasının 18-ci aktı zamanı Yelisey çölləri prospektində baş vermiş dağıntı və yanğınlardan sonra ölkənin Baş naziri Eduar Filipp gələn həftədən Parisin Yelisey çölləri prospektində, Bordoda Pey-Berland və Tuluzda Capitole meydanlarında nümayişlərin keçirilməsinin qadağan ediləcəyini bildirib.

Eyni zamanda, etiraz aksiyası zamanı polis öz vəzifəsini düzgün icra etmədiyi üçün Paris polis prefekturasının rəhbəri Mişel Delpueş vəzifəsindən azad edilib. Yeni Akiten polis prefekturasının rəhbəri Didye Lallöman Paris polis prefekturasının rəhbəri təyin edilib.

Qeyd edək ki, martın 16-da “sarı jiletlər” etiraz aksiyası zamanı Yelisey çölləri prospektindəki ticarət obyektlərinin 80 faizi dağıdılaraq qarət edilib və yandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər