50 müsəlman orada şəhid edilir, bunların cəzası maksimum 15 il olacaq. Belə bir şey ola bilərmi? Bu, qəbul edilə bilərmi?
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu hadisədə Avropanın səsi çıxdımı? - Xeyr. Qərb mediası isə işi tamamilə hiyləgərcəsinə yürüdür", - Ərdoğan Yeni Zelandiyadakı teraktla bağlı danışarkən deyib.
Qeyd edək ki, Yeni Zelandiyada avstraliyalı terrorçu Brenton Tarrantın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücum nəticəsində 51 nəfər ölüb. O, hücumdan öncə 37 səhifəlik manifest yayımlayıb