Fransanın Müdafiə naziri Florans Parli ABŞ-ın Türkiyəyə F-38 qırıcılarını satmaqdan imtina etməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bunun NATO prinsiplərinə zidd olduğuna işarə vurub:
"NATO-nun həmrəylik gücünün bu və digər texnikanın alınması ilə şərtləndirilməsindən narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz. NATO həmrəyliyi qurumun nizamnaməsinin 5-ci maddəsinə əsaslanır, F-35 maddəsinə yox..."
Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alması ABŞ-ı narahat edir. Vaşinqton bu halda Türkiyəyə sanksiya tətbiq edəcəyi, eyni zamanda bu ölkəyə yeni nəsil F-35 qırıcıları satmayacağını bildirib.