19 Mart 2019 10:51
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada iki məsciddə 49 müsəlmanı qətlə yetirən avstraliyalı terrorçu Brenton Tarrantın ailəsi qətliamda həyatını itirənlərin yaxınlarından üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Tarrantın Avstraliyada yaşayan anası Şaron və bacısı Lauren polis tərəfindən qorunur.

Tarrantın 81 yaşlı nənəsi Mariya Fitzcerald terror haqda eşidəndə şok keçirdiyini bildirib: “Ailəmizdən birinin belə bir əməlini həzm etmək çətindir. Ailələr, ölənlər və yaralananlar üçün çox kədərliyik. Sadəcə olaraq, evə gedib gizlənmək istəyirik. Çox utanırıq”.

Terrorçunun digər nənəsi 94 yaşlı Coys Tarrant da nəvəsinin törətdiyi cinayətdən utandığını deyib: “O mənə ildə iki dəfə baş çəkən yaxşı uşaq idi. Niyə belə etdiyini bilmədim. Bunu anlamağa çalışırıq”.

Tarrantın müəllim olan anası Şaron isə xəbəri dərs vaxtı məktəb direktorundan aldığını bildirib.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Krisçörç şəhərində yerləşən iki məsciddə baş vermiş terror aktında 49 müsəlman qətlə yetirilib, 48 nəfər isə yaralanıb. Aktı törədən Brenton Tarrant həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər