Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı and içib, bununla da prezident vəzifələrinin icrasına başlayıb.
Bu barədə Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir.
Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.
***
10:27
Bu gün Qazaxıstan Respublikası parlamentinin hər iki palatasının birgə iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda parlament senatının sədri Qasım-Jomart Tokayev prezident səlahiyyətlərinin icrasına başlaması ilə bağlı and içəcək.
İclasda ölkənin ilk prezidenti Nursultan Nazarbayevin çıxışı da planlaşdırılıb. Həmçinin Senatın yeni spikeri seçiləcək.
Martın 19-da televiziya ilə xalqa müraciətində N.Nazarbayev istefaya getdiyini, səlahiyyətlərinin parlament senatının sədrinə keçdiyini açıqlayıb. O qeyd edib ki, Qasım-Jomart Tokayev Qazaxıstanın idarəçiliyinin tapşırılacağı adamdır. Yeni seçkilər keçirilənədək ölkəni Qasım-Jomart Tokayev idarə edəcək.