Facebook-u bağlamasıyla diqqət çəkən İran bir neçə ay öncə “Whatsap, Instaqram və Facebook vasitəsilə insanların şəxsi həyatına müdaxilə edilir” iddiası ilə Markı İran məhkəməsinə çağırmışdı.
Ümumiyyətlə, İranda sosial medianı təmsil edən bütün saytlar qadağan olunub. Qadağan olunmuş saytların siyahısına Facebook, Tvitter, Youtube kimi sosial şəbəkələr daxildir. Bu qadağalara görə istifadəçilər sosial şəbəkələrə VHP və Proxy vasitəsi ilə girə bilirlər.
Bir neçə gün öncə İran yenə Facebooku hədəfə alaraq sosial şəbəkədən istifadən edən 8 nəfəri dövlət əleyhinə materiallar paylaşmaqda və hökumət üzvlərini təhqir etməkdə günahlandıraraq, onlara 21 il həbs cəzası verib.
Ülkər