Yunanıstanın xarici işlər naziri Georgios Katruqalos sabah Türkiyəyə işgüzar səfərə gələcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, səfər nazir Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutur.
Səfər zamanı Türkiyə-Yunanıstan ikitərəfli əlaqələri ilə yanaşı regional məsələlərin müzakirə edilməsinin də nəzərdə tutulduğu qeyd olunub.