ABŞ Prezidenti Donald Tramp İŞİD-in Suriyada son dayağının axşama qədər məhv ediləcəyinə söz verib.
Teleqraf.com-un məlumatına görə, bunu Tramp jurnalistlərə açıqlamasında deyib.
“İndi sonuncu kiçik ocaq qalıb. Bu gün axşam o da olmayacaq”, deyə Tramp bildirib.
Qeyd edək ki, sözlərinin sübutu kimi Tramp iki xəritə göstərib. Birinci xəritə 2017-ci ilə, digəri isə bu günə aiddir. Bu günə aid olan xəritədə kiçik nöqtə qeyd olunub.