Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, G20 sammitinin təşkili zamanı internetin terrorizmlə əlaqəsi məsələsi də müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, Ş.Abe bu barədə Avstraliyanın Baş naziri Skott Morrisonla telefon danışığı zamanı bildirib.
S.Morrison danışıq zamanı Osaka prefekturasında iyunda keçiriləcək sammit zamanı bu mövzuda müzakirələrin təşkilini Ş.Abedən xahiş edib. Həmin müraciətin ötən həftə Yeni Zelandiyada baş verən hücumun videoyazısının internetdə geniş yayılması ilə əlaqəli olduğu bildirilir.
Yaponiyanın Baş naziri qeyd edib ki, Yaponiya Yeni Zelandiya, Avstraliya və digər ölkələrlə birlikdə terrorizmlə mübarizə aparmaqda tam qərarlıdır.