21 Mart 2019 11:55
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlunun rəhbərliyi ilə İstanbulda İslam Əməkdaşlır Təşkilatı (İƏT) xarici işlər nazirlərinin təcili toplantısı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə İƏT-də dönəm rəhbəri olaraq Yeni Zelandiyada martın 15-də iki məscidə baş verən terror olayının müzakirəsini təklif edib.

Mövlud Çavuşoğlunun rəhbərliyi ilə martın 22-də İstanbulda İƏT-in xarici işlər nazirlərinin toplantısı bu çərçivədə baş tutacaq.

Toplantıya beynəlxalq təşkilatların təmsilçiləri də dəvət olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər