Sülh Ukrayna böhranının həlli yolunda ən səmərəli addımdır.
Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun deyib.
Ukraynanın NATO-dan hərbi-texniki yardım gözləməsinə münasibət bildirən P.G.Mun deyib ki, Ukrayna başa düşür ki, bu vəziyyətdə hərbi həlli yoxdur.
Siyasi həll üçün siyasi dialoq lazımdır, bu daha rasional yoldu. O Ukraynada artıq yaranmış təhlükəli vəziyyətdən çox narahat olduğunu qeyd edib.
"Bunun regional və hətta qlobal fəsadları var. Məhz buna görə də mən bu məsələni sülh yolu ilə həll etmək təklifi irəli sürdüm.”- baş katib bildirib.
Samir