Qazaxıstanın yeni Prezidenti Qasım-Comart Tokayev sosial sektorda işləyənlərin maaşlarının artırılmasını təxirə salan göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumətə göstəriş verildiyi bildirilir.
Prezidentin qərarında qeyd edilib:
“Hökumətə aşağı ödənişli ictimai sektor işçilərinin maaşlarının artırılmasını təxirə salmağı tapşırdıq. Bu qərar bir milyondan çox mülki və dövlət işçisinin həyatına birbaşa təsir edəcək”.
Keçmiş prezident Nursultan Nazarbayev isə fevralda bu ilin iyun-iyul aylarınadək sosial sektorda çalışanların maaşlarının 30 faiz artırılacağını açıqlamışdı. Bu məqsədlə dövlət büdcəsindən 980 milyard təngə ayrılmalı idi.