22 Mart 2019 11:40
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT ABŞ Prezidenti Donald Trampın mübahisəli Qolan Təpələri bölgəsinin İsrail ərazisi kimi tanınmasına dair açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, BMT baş katibinin sözçüsü Fərhan Haq ABŞ prezidentinin çağırışını və qərarını qeyri-qanuni adlandırıb, heç bir hökmünün olmadığını deyib.

O, Donald Trampa BMT-nin bu məsələyə dair qərarlarını xatırladıb və bu qərarların dəyişməyəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul etdiyi 497 saylı qərara görə, İsrailin Qolan Təpələri üzərindəki nəzarəti qanuni sayılmır.

Türkiyə də daxil olmaqla, bir neçə ölkə Suriya və İsrail arasında münaqişəyə səbəb olan bölgənin İsrail ərazisi kimi tanınması çağırışına etiraz edib.

Rusiya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, ABŞ-ın Qolan Təpələri ilə bağlı açıqlamasının BMT-nin qərarına müdaxilə olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər