22 Mart 2019 12:51
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada 10 gündür davam edən etiraz aksiyalarında baş verən partlayışda 8 nəfər həyatını itirib, 3 nəfər ağır yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Valle del Kauka bölgəsinin Daqua şəhərində baş verib.

Hökumətdən torpaq mülkiyyəti və sosial proqramlar üçün vəsait tələbi ilə keçirilən aksiyalar çərçivəsində bölgənin magistral yolu bağlanılıb. Partlayış da həmin ərazidə baş verib.

Hələlik partlayışın səbəbi bilinmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər