ABŞ Prezidenti Donald Tramp Qolan yüksəkliklərində İsrailin suverenliyini tanımaq bəyanatını verməklə daxili tələbata reaksiya verir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev paylaşıb. O, hazırda Amerikanın “kimi istəyirik, onu da tanıyacağıq” siyasətini həyata keçirdiyini bildirib:
“Ona görə də Krımın anneksiyası və digər “işğallarla” bağlı istənilən demaqogiya bu andan etibarən bütün əsaslarını itirir. Hər kəsə aydındır ki, Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanını tanımayıb, Qolan və ya Kosovanı yalnız bir kriteriya üzrə - "bizə belə sərfəlidir və biz güclüyük prinsipi ilə" - tanıyacaqlar”.
Qeyd edək ki, Tramp bundan öncə Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.