İranın Xuzistan vilayətinin Dezful və Əndimeşk şəhərlərinin əhalisi arasında qarşıdurma yaşanıb.
Teleqraf.com xəbər verir ki, qarşıdurmaya səbəb Dezful şəhərinə girişlə bağlı lövhənin Əndimeşk şəhəri tərəfdən yerləşdirilməsidir.
Qarşıdurmalar nəticəsində çoxlu sayda insan yaralanıb və avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə İran Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ezam edilib. Dezful şəhəri sakinlərindən iki nəfərin yaralandığı barədə məlumat verilsə də, qarşı tərəfdən xəsarət alanların sayının çox olduğu bildirilib.
Qarşıdurmalar zamanı polis avtomobilləri yandırılıb.
Qeyd edilən məsələ iki şəhərin sakinləri arasında yaxın aylarda bir neçə dəfə qarşıdurmaya səbəb olub.