22 Mart 2019 16:42
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya tarixinin ən böyük istintaqının başlandığını açıqlayan xarici işlər naziri Uinston Peters avstraliyalı terrorçu Brenton Tarrantın həyatının qalan hissəsini həbsxanada təkadamlıq kamerada keçirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o bu barədə türk həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, belə bir hadisənin öz ölkəsində baş verməsindən utandığını deyib:

“Terrorçu Brenton Tarrant həyatının qalan hissəsini həbsxanada təkadamlıq kamerada keçirəcək. Yeni Zelandiya tarixinin ən böyük istintaqı başlayıb. Dini inanc azadlığına önəm verən ölkəyik. Müsəlmanlara hücum hamımıza edilən hücumdur”.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kristçörç şəhərində baş vermiş terror aktında 49 müsəlman qətlə yetirilib. Terror aktını törədən avstraliyalı Brenton Tarrant həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər