22 Mart 2019 18:35
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Türkiyədə keçirilmiş prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana rəqib olan Məhərrəm İncə bələdiyyə seçkiləri hazırlıqlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, o bu məqsədlə, seçiciləri ilə görüşmək üçün Balıkəsirə gedib.

İncə burada bir vətəndaşın “CHP-nin başına keçəcəsksən?” sualına “Mən də istəyirəm” cavabını verib.

Görüşün sonunda isə Məhərrəm İncə CHP-nin namizədi Esin Balıbek üçün səs istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu