23 Mart 2019 00:54
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Monreal şəhərində Müqəddəs İosif oratoriyasının keşişinə qəsd edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs keşişə bıçaqla hücum edərək yaralayıb.

Hücum edən şəxs mühafizə xidməti tərəfindən saxlanılıb və polisə təhvil verilib. Keşiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmaya başlanılıb.


Müəllif: Teleqraf.com