23 Mart 2019 10:44
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Hayko Maas 1999-cu ildə Yuqoslaviyanın NATO ölkələri tərəfindən bombardman olunmasının doğru olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, nazir “Stuttgarter Nachrichten” qəzetinə müsahibəsində deyib:

“Mən indi də düşünürəm ki, Almaniyanın əməliyyatda iştirakı olduqca məsuliyyətli yanaşma idi”.

Bununla belə, nazir qeyd edib ki, hərbi müdaxilə hər zaman “son çarə”dir.

“Biz həmin vaxt kütləvi qırğınların şahidi olurduq, insan haqları kobud surətdə pozulurdu. Mən hesab edirəm ki, NATO-nun müdaxiləsi doğru idi. Bu baş verməsəydi, mən orada daha nələrin baş verəcəyini təxmin edə bilməzdim”, – deyə nazir bildirib.

Qeyd edək ki, 1999-cu ildə NATO BMT Təhlükəsizlik Şurasının mövqeyini saya salmayaraq, Yusoslaviyanın bombalanmasını həyata keçirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər