23 Mart 2019 13:59
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Colan təpələrini İsrailin ərazisi kimi tanımaqla bağlı çağırışı dünyada qəbul edilməyib.

Teleqraf.com xəbər verir ki, BMT İnsan Hüquqları Şurası dünən İsrailin Colan təpələrini zəbt etməsinə qarşı çıxan qərar layihəsini qəbul edib. Şuranın qərarında İsrail BMT qərarlarına əməl etməyə çağrılıb.

Bundan əlavə bir sıra dövlətər və beynəlxalq təşkilatlar da D.Trampın çağırışına qarşı çıxıblar.

Suriya bu qərarı qınayan açıqlama yayıb. Açılamada Suriyanın əlindəki bütün vasitələrdən istifadə edərək bölgəni geri almaqda qərarlı olduğu vurğulanıb.

Avropa İttifaqının İsrail nümayəndəliyinin mətbuat ofisi və Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Fransa Xarici İşlər Nazirliyi, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də D.Trampın açıqlamasını doğru olmadığını, Colan təpələrni İsrail ərazisi kimi tanımağa hazırlaşmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Tvitter” hesabında 52 illik fasilədən sonar ABŞ-ın İsrailin Colan təpələri üzərindəki suverenliyini tam olaraq tanımasının zamanının gəldiyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər