23 Mart 2019 16:01
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri aprelin 8-nə nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

“Prezidentimizin aprelin 8-də Rusiyaya gedəcəyi gözlənilir”, – deyə bildirilib.

Qeyd edək ki, bundan öncə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun aprelin 8-də Moskvada – “Bolşoy Teatr”da “Troya” türk operasının nümayişi ilə Rusiya və Türkiyə arasında il ərzində iki ölkədə keçiriləcək mədəniyyət və turizm tədbirlərinə start veriləcəyini bildirib. Açılış mərasimində hər iki ölkənin prezidentinin iştirakı gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər